
ABŞ Rusiya klubuna qarşı sanksiya tətbiq etdi
- 23 Fev 2022 17:45
- 531
Rusiya-Ukrayna qarşıdurması futbola da sirayət edib.
Rekord.az xəbər verir ki, Rusiya Ukrayna ərazisindəki separatçı qurumların müstəqilliyini tanıdıqdan sonra ABŞ sanksiyalar tətbiq edib.
Bu sanksiyalardan ÇSKA da “pay” alıb.
Sanksiya futbol klubuna qarşı da tətbiq olunacaq. Ordu klubu VEB.RF dövlət korporasiyasının nəzarəti altındadır. ABŞ-ın Maliyyə Nazirliyinin açıqladığı sanksiya paketində bu korporasiya da var.
ÇSKA 18 turdan sonra 30 xal toplayaraq Rusiya Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.