İspaniya təmsilçisi "Atletiko" (Madrid) ABŞ-li futbolçu Conni Kardozonun transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, son olaraq La Liqada "Betis"in formasını geyinib.


Kardozo 2020-ci ildən ABŞ yığmasının şərəfini qoruyur.