
Abramoviç "Çelsi"nin satılmasına mane olur
- 23 Mar 2022 13:20
- 502
"Çelsi"nin sahibi Roman Abramoviç klubun ABŞ və ya Böyük Britaniya şirkətlərinə satılmasına qarşı çıxa bilər.
Rekord.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Sözügedən hər iki ölkə Abramoviçə qarşı sanksiya tətbiq edib. Lakin London təmsilçisini almaq istəyənlər arasında ABŞ və Britaniya şirkətləri də var. Xəbərdə bu qeyd olunub ki, Abramoviç sanksiyalar səbəbindən klubun həmin ölkələrə satılmasına veto qoya bilər.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.