
Abramoviç “Çelsi”ni neçəyə satır?
- 03 Mar 2022 15:00
- 555
Rusiyalı iş adamı Roman Arbamoviç isveçrəli milyarder Hansyorq Vissə təklif edib ki, “Çelsi”ni alsın.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı Viss özü verib.
O, “Çelsi”yə görə Abramoviçin istədiyi rəqəmi də açıqlayıb:
“Abramoviç İngiltərədəki villalarını satmağa çalışır. Həm də tez bir zamanda “Çelsi”dən qurtulmaq istəyir. Martın 1-də mən və daha üç nəfər Abramoviçdən “Çelsi”ni almaq təklifi aldıq.
Dörd-beş gün gözləməliyəm. İndi Abramoviç həddindən artıq çox pul istəyir. "Çelsi"nin ona 2 milyard funt sterlinq borcu var, lakin klubun pulu yoxdur. Bu o deməkdir ki, “Çelsi”ni kim alsa, Abramoviçə bu məbləği ödəməlidir.
Hazırda dəqiq satış qiymətini bilmirik. “Çelsi”ni tərəfdaşlarla birlikdə alacağımı təsəvvür edə bilərəm. Ancaq əvvəlcə ümumi şərtləri öyrənməlisiniz.
Əminliklə deyə bilərəm ki, təkbaşına belə bir şey etməyəcəyəm. “Çelsi”ni alsam, 6 və ya 7 investordan ibarət konsorsiumla edəcəyəm”.