Azərbaycan Basketbol Liqasında bu gün 9-cu tura yekun vurulacaq.


Rekord.az xəbər verir ki, turun son günündə bir qarşılaşma keçiriləcək.


"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində, saat 16:00-da başlayacaq.


"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.


Turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.