
50 milyona alıb 500 milyon qiymət qoydular
- 21 İyl 2022 16:14
- 428
"Barselona" Robert Levandovskini yeni oyunçusu kimi təqdim edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim komandanın yeni mövsümə hazırlaşdığı Mayamidə keçirilib.
Kataloniya təmsilçisi polşalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. "Barselona" yeni transferinə 500 milyon avro qiymət qoyub.
Qeyd edək ki, klub "Bavariya"dan transfer etdiyi Levandovski üçün 45+5 milyon avro təzminat ödəyib.