3x3 basketbol üzrə Qubadlı rayon birinciliyi təşkil edilib
- 19:46
- 29
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş 3x3 basketbol üzrə Qubadlı rayon birinciliyi təşkil edilib.
Rekord.az xəbər verir ki, birincilik 17-19 dekabr tarixlərində, Qubadlı rayonu üzrə gənclər və idman, rayon üzrə təhsil sektorlarının birgə təşkilatçılığı ilə, ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri (qızlar) arasında Çaytumas məktəb-liseyin idman zalında keçirilib.
Yarışın açılış və mükafatlandırma mərasimlərində Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev, Qubadlı rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Hüseynov və Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Cavanşir Əliyev iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən;
1-ci yer – Çaytumas məktəb-liseyin komandası
2-ci yer – Aşağı Mollu kənd tam orta məktəbin komandası
3-cü yer – Xələc kənd tam orta məktəbin komandası.
Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif ediliblər.