
33-cü tura baxış
- 12:46
- 42
Premyer Liqada 33-cü tur geridə qaldı. Öyrəndik ki...
- bundan sonrakı 3 həftədə yarışın adını "Premiya Liqası" olaraq dəyişə bilərik. Turnir cədvəli baxımından bütün suallara böyük ölçüdə aydınlıq gəldiyindən, komandalar meydana ən yaxşı halda premiya üçün çıxacaqlar. Bu da az stimul deyil. Klub üçün nüfuz, futbolçu üçün pul vacib rol oynayır. Bu iki məhfumun birləşməsi növbəti turlarda az da olsa marağı saxlayacaq.
- Meydanda tam performansla çıxış etməyə məcbur olan iki komanda "Qarabağ" və "Sabah"dı. Kubokun finalına qədər formadan düşməmək üçün Hoca da, Berezutski də intensivliyi aşağı salmayacaqlar, əksinə artıracaqlar.
- Turun əsas məqamı Amin Rzayevlə bağlıdı. O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. "Qarabağ"ın bu şansı ona verməsini alqışlamaq lazımdı. Futbolumuzun gələcəyinə ümidlə baxmaq üçün bu addımlar xüsusi əhəmiyyət daşıyır.
- "Turan" və "Neftçi" haqqında heç nə yazmayacam, çünki yeni bir şey yoxdu. Əvvəl nə demişdim, indi də eyni fikirdəyəm.
- Çempion "Qarabağ" olsa da, mövsümün komandası "Zirə"di.
Yazar haqqında
