“Barselona”nın baş məşqçisi Xavi Ernandes ciddi problemlə üzləşib.


Rekord.az xəbər verir ki, o, komanda ilə birgə ABŞ-a gedə bilməyib.

İspaniya mənbələrinin yaydığı xəbərdə buna onun İranın paytaxtı Tehrana üç dəfə getməsi səbəb olub. Bu səbəbdən 42 yaşlı mütəxəssis təyyarəyə buraxılmayıb. Rəsmi məlumata görə, xarici pasportunda İran möhürü olan şəxslər ABŞ ərazisinə giriş zamanı problem yaşayırlar. Xavi komandaya yalnız xüsusi icazə ilə qoşula biləcək.