Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.


3-cü turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.


Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin 1-ci turunda Estoniyanın "Kalev" klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.