Fransa təmsilçisi "Marsel" ilə müqavilə imzalayan Şansel Mbemba haqda şok məsələ ortaya çıxıb. 

Rekord.az CNN-ə istinadən xəbər verir ki, iddiaya görə, 27 yaşında olduğu bilinən oyunçunun əslində 4 fərqli doğum tarixi var.

Konqoda futbola başladığı ilk klubdakı sənədlərdə onun təvəllüdü 1988-ci il kimi göstərilir. Amma müdafiəçinin 1991, 1995, 1990-cı il təvəllüdlü olduğuna dair sənədlər də ortaya çıxıb. 

FİFA məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, ötən mövsümün sonunda "Portu" ilə müqaviləsi başa çatan Mbemba "Marsel"ə azad agent kimi keçib.