“Səbail” Premyer Liqada 25-ci ev məğlubiyyətini alıb.

Rekord.az PFL-ə istinadən xəbər verir ki, paytaxt klubu bu uğursuzluqla 5-ci turda üzləşib. Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzub.

“Səbail” Premyer Liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib.

Klubun ilk ev yenilgisi 2017-ci il sentyabrın 17-nə təsadüf edib. Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.