
18 futbolçuda koronavirus aşkarlandı - MLS-də
- 29 İyn 2020 16:40
- 726
ABŞ MLS-ində mübarizə aparan klubların kollektivləri koronavirus testindən keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb.
Testlər nəticəsində 18 futbolçu və 6 klub işçisində virus aşkarlanıb. Virus aşkarlanan futbolçuların adları və klubları açıqlanmır.
Koronavirusa görə martdan dayandırılan MLS iyulun 8-də bərpa olunacaq.