Futbol üzrə Belçika Super Kubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Brügge” ilə kubokun qalibi “Gent” komandaları üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Brügge” 40-cı dəqiqədə Andres Olsenin vurduğu qol sayəsində meydanı 1:0 hesablı ilə tərk edib və növbəti titulunu qazanıb.

Beləliklə, bu klub tarixində 17-ci dəfə Super Kubokunu qazanıb.