16 yaşlı dağıstanlı futbolçu Səid Cavatxanov İspaniyanın “Hospitalet” klubu ilə müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, Cavatxanov Moskvanın “Nine” futbol məktəbinin məzunudur. F

utbolçu artıq Kataloniyaya yollanıb və orada “Hospitalet”lə müqavilə imzalayıb.

Bu komanda İspaniya La Liqasında çıxış edən “Barselona” və “Espanyol”dan sonra Kataloniyada üçüncü ən önəmli klubdur.

“Hospitalet” İspaniyanın üçüncü divizionunda mübarizə aparır.