Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.


Futbolinfo.az xəbər verir ki, raundun son iki qarşılaşmalardan biri Şəkidə, digəri Bakıda baş tutub.


"Şəki" "Sərhədçi"ni 92:75, "Sumqayıt" isə NTD-ni 116:94 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəliblər.


1/4 final mərhələsində bu komandalar üz-üzə gələcəklər.


Abşeron Lions – Şəki

Neftçi – Gəncə

Quba – Sabah

Ordu – Sumqayıt


Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.