14-cü tura bu gün yekun vurulacaq
- 11:00
- 31
Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulacaq.
Rekord.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Əvvəlcə Şəki Olimpiya İdman Kompleksində "Şəki" NTD-ni qəbul edəcək. Bu matç saat 14:00-da başlayacaq.
Ardınca isə Bakı İdman Sarayında "Neftçi" "Abşeron Lions" kollektivi ilə qarşılaşacaq. Sözügedən görüş saat 18:00-da start götürəcək.
A qrupunda "Abşeron Lions" 25 xalla ikinci, 18 xala malik "Neftçi" üçüncüdür. 15 xalı olan "Şəki" beşinci sırada yer alıb. NTD isə 13 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.