Azərbaycan Basketbol Liqasında 12-ci tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, sonuncu matçda "Gəncə" "Abşeron Lions"un qonağı olacaq.


Qarşılaşma saat 15:00-da start götürəcək.


"Abşeron Lions" A qrupunsa 21 xalla ikinci, "Gəncə" 15 xalla dördüncü pillədə qərarlaşıb.


Turun əvvəlki oyunlarında "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:80), "Sabah" NTD-ni (121:76), "Neftçi" "Şəki"ni (82:60) üstələyib.