Futbol üzrə Azərbaycan 1-ci Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, tədbir 26-cı turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.


İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.


Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.


"Qəbələ" cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.