
0:4-ü futbolçularına bağışlamadı
- 15 Avq 2022 15:45
- 437
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Brentford"dan aldıqları 0:4 hesablı məğlubiyyətdən sonra komandanın istirahət gününü ləğv edib.
Rekord.az xəbər verir ki, informasiyanı sosial şəbəkələrdə tanınmış jurnalist Saymon Stoun yayıb.
Xəbərə görə, niderlandlı mütəxəssis yetirmələrinə istirahəti haqq etmədiklərini deyib və rüsvayçı yenilgiyə görə istirahət günündə də çalışacaqlarını çatdırıb.
Qeyd edək ki, İPL-in ilk iki turunda uduzan MY növbəti turda "Liverpul"la üz-üzə gələcək.