Xəbər verdiyimiz kimi, "Zirə"nin futbolçusu Davit Volkov "Neftçi" ilə oyunda ağır zədə aldı.

Rekord.az xəbər verir ki, çiynini sındıran gürcü yarımmüdafiəçi martın əvvəlində əməliyyat olunacaq.

Onun ən yaxşı halda aprelin ortalarında yaşıl meydançalara dönəcəyi gözlənilir.