"Qarabağ" - "Zirə" yoxlama qarşılaşmasında qonaqların heyətində 2 yeni legioner yer alır. "Rekord.az" xəbər verir ki, onlar zirəlilərin baxışda olan oyunçularıdırlar.


Rəşad Sadıqov ilk yoxlama matçında mərakeşli Nassim Azauzi (hücumçu) və Fil Dişi Sahilindən Namaan Krismaeli sınaqdan keçirmək niyyətindədir. Onlar baş məşqçinin xoşuna gəlsə, komandada qalacaqlar.