"Turan" ilin son oyununda da qələbə qazandı
- 16:20
- 52
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada VII tur çərçivəsində “Abşeron” və “Turan” klubları qarşılaşıblar.
AVF-nin idman zalında baş tutan görüş “Turan”ın 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Beləliklə, komanda ilin son matçında da qələbə qazanıb. Tovuz təmsilçisi keçirdiyi bütün qarşılaşmalarda rəqibə xal vermədən qələbə qazanaraq maksimum nəticə ilə turnir cədvəlində vahid liderliyini qoruyub.
Qeyd edək ki, qadınların Yüksək Liqasında ilin son oyunu dekabrın 22-də baş tutacaq. Həmin gün III turdan təxirə salınan “Milli Aviasiya Akademiyası” – “Abşeron” qarşılaşması keçiriləcək.
Yüksək Liqa (qadınlar)
19 dekabr
VII tur
“Abşeron” – “Turan” 0:3 (19:25, 12:25, 18:25)