
Yenidən Premyer Liqaya qayıdan klub bu sayda legioner alacaq
- 12:00
- 111
1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Qəbələ"nin yeni mövsümə hansı büdcə ilə başlayacağı hələlik məlum deyil.
Rekord.az xəbər verir ki, bütün bu suallara mayın sonunda aydınlıq gələcək.
Lakin əldə etdiyimiz məlumata görə, rəhbərlik indidən bir sıra legioner futbolçularla danışıqlara başlayıb. Bunu baş məşqçi Kaxaber Sxadadze də saytımıza açıqlamasında təsdiq edib. Gürcü məşqçi konkret say açıqlamasa da, bizim əldə etdiyimiz məlumata görə, "Qəbələ" 10 yeni legionerin alınmasını planlaşdırır.