Futbol üzrə dünya çempionatında Tunis Yaponiya ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.


Qolları Daiti Kamada (4) Ayase Ueda (31, 83) və Cunya İto (69) vurublar.


Qeyd edək ki, bu qrupun digər oyununda Niderland İsveçə 5:1 hesabı ilə qalib gəlib.