İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Lamin Yamal La Liqanın 26-cı turunda "Vilyarreal"a qarşı keçirilən matçda (4:1) tarixi uğura imza atıb.


Rekord.az xəbər verir ki, futbolçunun 18 yaş 230 günlüyündə qeydə alınan bu nəticəsi dünya futbolunun məşhur simalarını geridə qoyması ilə diqqət çəkib.


Belə ki, o, karyerasında ilk het-trikini 19 yaşında reallaşdıran Lionel Messi və Ronaldinyonu, həmçinin bu uğura 23 yaşında çatan Kristiano Ronaldonu qabaqlayıb.


Hazırda yalnız Kilian Mbappe (17 yaş) və Neymar (18 yaş) Yamaldan daha erkən yaşda het-trik müəllifi ola biliblər.