
Yamal - 18 yaşını tamamlamamış La Liqanı 2 dəfə qazanan ilk futbolçu
- 16 May 2025 15:20
- 51
"Barselona"nın formasını geyinən Lamin Yamal tarixdə 18 yaşını tamamlamamış La Liqanı iki dəfə qazanan ilk futbolçu olub.
Rekord.az xəbər verir ki, bu, ötən gün La Liqanın XXXVI turunda Kataloniya klubunun "Espanyol" üzərində qələbəsi (2:0) sayəsində reallaşıb.
Komandasının çempionluğu rəsmiləşdirdiyi matçda bir qol və məhsuldar ötürmə ilə yadda qalan futbolçu ilk belə titulunu iki il əvvəl, əsas komandada debütündən qısa müddət sonra qazanıb.
Yamal cari mövsümdə meydana çıxdığı 33 matçda 8 qola, 13 məhsuldar ötürməyə imza atıb.