Xavi “Barselona”nı ən çox meydana çıxaran məşqçilərin siyahısında yer aldı
- 27 May 2024 17:40
- 174
Xavi "Barselona" klubunu ən çox oyuna çıxaran məşqçilərin siyahısında ilk "10-luğ"a daxil olub.
Rekord.az xəbər verir ki, bu, ötən həftəsonu baş tutan "Sevilya" ilə matçdan sonra reallaşıb.
İspan mütəxəssis ötən gün "Barselona"nın baş məşqçisi kimi son matçına çıxıb. Bu, Xavinin komandanı meydana çıxardığı 143-cü qarşılaşma olub. Bu göstəriciyə görə o, Helenio Herreranı keçərək ilk "10-luğ"a düşüb.
Rekordçu 421 matçla Yohan Kroyfdur. Sonrakı yerləri Frank Raykard (273), Rinus Mihels (267), Pep Qvardiola (247), Lui Van Qal (200), Luis Enrike (181), Terri Veneybls (169), Ferdinand Daukik (151) və Ernesto Valverde (145) tutur.
Xavinin rəhbərliyi altında "Barselona" 29 dəfə məğlub olub, 24 heç-heçəyə və 90 qələbəyə imza atıb.
Qeyd edək ki, mayın 26-da La Liqanın XXXVIII turunda baş tutan "Sevilya" - "Barselona" matçı Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.