
“Xankəndi” yarımfinalın ilk oyununda darmadağına sevindi
- 18:40
- 38
“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb.
Rekord.az xəbər verir ki, komanda bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə “Ağstafa Gəncləri”ni 4:0 hesabı ilə məğlub edib.
Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 18-də baş tutacaq.