“Vest Bromviç” onu da istefaya göndərdi
- 12:30
- 33
“Vest Bromviç" yanvarda müqavilə bağladığı baş məşqçi Erik Remsini cəmi 9 oyundan sonra istefaya göndərib.
Rekord.az xəbər verir ki, buna komandanın mütəxəssisin rəhbərliyi altında keçirdiyi matçların heç birində qələbə qazana bilməməsi və geriləməsi səbəb olub.
Çempionşipdə mübarizə aparan klubun rəhbərliyi "Çarlton"la ev oyunundakı heç-heçədən (1:1) sonra məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Komanda müvəqqəti olaraq məşqçi Ceyms Morrisona tapşırılıb.
"Vest Bromviç" hazırda 35 xalla 24 komanda arasında 21-ci yerdədir.