Paraqvay millisinin müdafiəçisi Xuan Kaseres DÇ-2026-da diqqətçəkən göstərici ilə yadda qalıb.


Rekord.az xəbər verir ki, Moskva “Dinamo”sunun futbolçusu Türkiyə ilə qrup mərhələsinin 2-ci tur oyununda (1:0) 9 uğurlu topalma edib.


“Opta”nın məlumatına görə, bu, DÇ-2026-da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.


Kaseres başqa statistikada da turnirin liderinə çevrilib. Belə ki, o, 24 ikili mübarizənin 17-də qalib gəlib ki, bu da mundialın ən yaxşı nəticəsidir.


Qeyd edək ki, Paraqvay Türkiyə üzərində qələbədən sonra 3 xal toplayaraq D qrupunda 3-cü pilləyə yüksəlib. Türkiyə millisi isə 0 xalla sonuncu yerdə qərarlaşıb və pley-offa yüksəlmək şansını itirib.