Tovuz şəhər stadionunda 2008-2015-ci il təvəllüdlü futbolçular üçün seçimlər keçiriləcək.


Rekord.az xəbər verir ki, seçimlər 3 iyun tarixində saat 11:00-da start götürəcək və 6 iyun tarixinədək davam edəcək.

3-4 iyun tarixlərində 2012, 2013, 2014 və 2015-ci illər, 5-6 iyun tarixlərində isə 2008, 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçuların seçimləri həyata keçiriləcək.

Seçimlərdən uğurla keçən futbolçular akademiyamıza qəbul olunacaqlar. Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz (09:00-18:00):
Əlaqələndirici şəxslər:
Elxan Abdıyev (055-706-55-94)
Kamal Ələkbərov (051-632-51-01)
Ənüşirəvan Ağazadə (051-533-91-89)
Elmir Musayev (055-581-46-92)