
“Sumqayıt”ın kapitanı karyerasını başa vurur
- 16 May 2025 18:30
- 58
"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı mayın 17-də, Premyer Liqanın 35-ci turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək.
30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinir.