"Sumqayıt" Ramalinqoma görə apellyasiya verməyəcək
- 14:05
- 44
"Araz Naxçıvan"a matçda rəqibini topsuz vəziyyətdə təpiklə vuran "Sumqayıt"ın hücumçusu Aleksanr Ramalinqom birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulmuşdu.
Rekord.az xəbər verir ki, buna görə AFFA İntizam Komitəsi ona 3 oyunluz cəza verib.
Maraqlıdır ki, "imişli" ilə oyunda rəqibini vuraraq meydançadan qovulan "Qarabağ"ın futbolçusu Kadi Borgestin cəzası iki oyun olub. Bəs görəsən, "Sumqayıt" qərardan apellyasiya şikayəti verəcəkmi? Bununla bağlı klubun mətbuat katibi Zaur Xudiyevə sual ünvanladıq. Klub rəsmisi belə bir fikirlərinin olmadığını bildirdi: "Apellyasiya şikayəti vermək fikirimiz yoxdur. Saşa İliçə görə bunu etmişdik, amma bir faydası olmadı. Bu mənada növbəti dəfə hansısa faydası olacağına inamırıq".