“Sumqayıt” hücumçusu Mehdi Şərifi ilə yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçunun “Suqmayıt”la bir illik müqaviləsi olsa da, futbolçunun ayrılmaq istəməsinə məşqçilər heyəti və rəhbərlik qarşı çıxmayıb. Tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Şərifiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Mehdi Şərifi komandaya ötəm mövsüm İranın “Persepolis” klubundan transfer olunub. O, “Sumqayıt”da keçirdiyi 9 oyunda 5 qol vurub.