Xəbər verdiyimiz kimi, bu yaxınlarda "Sumqayıt" Futbol Akademiyasının 2015-ci il təvəllüdlü Təməl Qrupuna seçimlər aparılmış, daha güclü, daha istedadlı uşaqlardan ibarət yeni kollektiv formalaşmışdı.

Rekord.az xəbər verir ki, həmin kollektiv bu həftə yoldaşlıq görüşü keçirib.

Rəqib "Məhəllə Uşaqları" komandası olub. "Sumqayıt" "Təməl Qrup" rəqibini 8:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Sumqayıt Təməl Qrup"da uşaqlar 4 yaşdan akademiyaya qəbul edilir və 8 yaşa kimi təməl qrupda hazırlıq keçirlər, futbolun sirrlərini öyrənirlər. Qrupa Orxan Abdullayev və Məhəmməd Alıyev rəhbərlik edir.