
“Xankəndi” Region Liqasının yarımfinalına vəsiqə qazanıb
- 18:40
- 45
“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, bu, 1/4 finalın "Çinar Zəngilan"la cavab matçından (3:0) sonra reallaşıb.
İlk görüşdə 2:0 hesablı qələbə qazanan "Xankəndi" iki oyunun nəticəsinə görə yarımfinalda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, Region Liqasının yarımfinal matçları növbəti həftə baş tutacaq.