"Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.


41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.


Palladino ötən ildən "bənövşəyilər"i çalışdırır. Onun rəhbərliyi altında "Fiorentina" A seriyasında 35 oyunda 59 xal toplayaraq 8-ci yerdə qərarlaşıb.