
Türkiyəli tanınmış məşqçi Azərbaycandan aldığı təklifdən danışdı
- 17:20
- 42
Türkiyəli məşqçi Ərtoğrul Sağlam bir müddət əvvəl Azərbaycandan təkif alıb.
Rekord.az xəbər verir ki, o, bu barədə “Kocaelitv”-yə açıqlamasında deyib.
Sağlam “Kocaelispor”u çalışdırdığı vaxt (2023/2024 mövsümü) belə bir təklifin olduğunu bildirib:
“Mövzunu gündəmə gətirdizsə, deyəcəm, Azərbaycandan və Türkiyə Super Liqasından təkliflər almışdım. Ancaq həmin vaxt vəzifə başında idim və bütün diqqətimi “Kocaelispor”a vermişdim. Buna görə də klubumda qalmalı oldum”.
Sağlam 2024-cü ilin dekabrında “Kocaelispoir”dan ayrılıb. “Beşiktaş”, “Bursaspor”, “Traktor”, “Kayserispor” və “Əskişəhərspor”u çalışdırmış mütəxəssis hazırda işsizdir.