
Millimizin oyunu 7 avroya
- 17:00
- 43
İyunun 7-də keçiriləcək Latviya – Azərbaycan yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, paytaxt Riqada keçiriləcək qarşılaşmanı izləmək istəyən azarkeşlər 7 avrodan 30 avroya qədər xərcə düşəcəklər.
Matç aat 17:00-da başlayacaq. Baltikalılar “Skonto” klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən üç gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.
Azərbaycan millisi iyunun 10-da Bakıda Macarıstanla da yoldaşlıq matçında üz-üzə gələcək.