“Şimal” kot-d'ivuarlı hücumçunu heyətinə qatdı
- 12:30
- 35
1-ci Liqada çıxış edən Xaçmazın "Şimal" futbol klubu heyətini yeni legionerlə gücləndirib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.
Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
"Şimal" hazırda 1-ci Liqanın turnir cədvəlində 8 xalla onuncudur.