Seleksiya xarakterli turnir keçirilib
- 17:40
- 33
Elit layihəsi çərçivəsində seleksiya xarakterli turnir keçirilib.
Rekord.az xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.
2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi “Ağsu City” olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə “Xan” çempionluğu əldə edib.
Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər.
Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.