"Səbail" "Quba" olsa...
- 11:00
- 50
"Səbail" ciddi islahatlar astanasındadır.
Rekord.az xəbər verir ki, kluba yeni rəhbər təyin olunan Mirzə Bayrampur artıq islahatlara başlayıb.
O, ilk olaraq baş məşqçi Adil Şükürovu istefaya göndərdi və onun yerinə yaxşı tanıdığı, daha əvvəl bir yerdə işlədiyi Elnur Allahverdiyevi gətirdi. Bundan başqa, yeni mövsümdən komandanın adının dəyişdirilib "Quba" adlandırılması da plandadır. Hətta komanda Bakını yerli-dibli tərk edib Qubaya köçə bilər. Bu baş verərsə, klubda yer alan əksər rəsmi şəxslərlə də yollar ayrılacaq. Əldə etdiyimiz məlumata görə, Mirzəpur, ümumiyyətlə, özünə yeni komanda qurmaq istəyir. Hər halda, AFFA ilə son məsləhətləşmələrdən sonra bütün açıq qalan suallara aydınlıq gələcək.