“Sayılmayan qolumuz qaydalar çərçivəsində vurulmuşdu”
- 21:00
- 35
"Qəbələ"nin məşqçisi Georgi Çixradze Misli Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
"Sabah"la biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdəq qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Sonda məğlub olduq. Bizim fikrimizcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu.
Turan Manafov yeni gəlib, hələ ideal formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq”.