Bu yaxınlarda bir qrup idman mütəxəssisinə fəxri adlar verilib.

Rekord.az xəbər verir ki, həmin şəxslər arasında sabiq hakim, çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev də var.

Belə ki, o, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.