Misli Premyer Liqasında 36-cı turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha dörd komanda mövsümün son matçına çıxıb.

Çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Ağdam təmsilçisi mövsümün son matçında tək qolla qələbə qazanıb. “Sabah” və “Neftçi” isə Masazırda üz-üzə gəliblər. Bu oyunda da meydan sahibləri qalib gəliblər.

Xatırladaq ki, daha öncə “Səbail” evdə “Sumqayıt”a 1:4 hesabıyla uduzub. Mövsümün son iki oyunu (“Turan Tovuz” – “Kəpəz”, “Araz-Naxçıvan” – “Zirə”) sabah keçiriləcək.

Premyer Liqa
36-cı tur

24 may

“Şamaxı” – “Qarabağ” 0:1
Qol: Emmanuel Addai, 86.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 17:00.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 89. Cəfər Muxtarov, 71. Natiq Ağamalıyev, 70. Nicat Xasıyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

“Sabah” – “Neftçi” 1:0
Qol: Jesse Sekidika, 64.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 11. Kahem Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.