"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" turnirində iştirak edən "Neftçi" U-14 komandasının üzvü, turnirin bombardiri ... Rekord.az-a müsahibə verib:


- Futbola nə vaxt başlamısan?

- Futbola 6 yaşımda "Fənər Baku"da başlamışam.

- Futbola ilk olaraq hansı ampluada başlamısan?

- Sağ vinger oynayırdım. Sonra İslam Kərimovun tövsiyyəsi ilə mərkəzə keçdim. Daha sonra İslam müəllimin məsləhəti ilə hücumda oynamağa başladım.

- Burda özünü daha yaxşı hiss edirsən?

- Bəli.

- Turnirlə bağlı fikirlərin necədi?

- Bütün əziyyəti olanlara təşəkkür edirəm ki, bizə belə şərait qurublar. Bizi çox həvəsləndirir, bizim xeyirimizdədi.

- Hazırda turnirin bombardirisən. Sona qədər bunu əlində saxlaya biləcəksən?

- Bu qolları vurmağı mənə Allah nəsib edib, Allah bu gücü mənə verib və Allahın da izni ilə bombardirliyi əlimdə tutacam.

- Gələcəkdə əsas hədəfin?

- "Neftçi"nin kapitanı olmaq.

- Və millidə oynamaq yəqin ki...

- Bəli.


Anar XANLAROV