“Sabah”ın potensial rəqibləri bəlli oldu
- 14:30
- 37
"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.