“Sabah”ın potensial rəqibləri açıqlandı
- 13:30
- 36
Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Rekord.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.
Səpələnməmişlər səbətində yer alan "Sabah" 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:
"Srvena Zvezda" (Serbiya)
"Lex" (Poznan, Polşa)
"Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi
"Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi
""Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi
"Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.