“Sabah” klubla müqavilə müddəti bitən Rəşad Eyubovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi 2019-cu ildən bu komandanın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.

“Sabah” Rəşad Eyubova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Paytaxt klubu Eyubovdan əvvəl Marko Deviç, Vadim Abdullayev, Kərim Diniyev, Məqsəd İsayev və Cavid İmamverdiyevlə də yollarını ayırmışdı.